Türkiyədə bir gündə 129 nəfər koronavirusdan həyatını itirib 

23:51 30.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Son sutka ərzində Türkiyədə koronavirusa 6 871 nəfər yoluxub, 129 nəfər isə həyatını itirib.

Hafta.az xəbər verir ki, bu gün COVID-19-dan sağalan xəstələr 7 100, ağır xəstələr isə 1 692 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 470 901 nəfər koronaviruslu xəstə qeydə alınıb, onlardan 2 355 409 nəfər sağalıb, 25 865 nəfər isə həyatını itirib.